×
A
A
A
Sazlamalar

Mayın 19-da Azərbaycanda COVID-19 əleyhinə 211 doza vaksin vurulub

Bakı, 19 may AZƏRTAC
Mayın 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 211 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 56, ikinci doza vaksinlərin sayı 130, üç və daha çox doza vaksinlərin sayı 22, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 3-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 963 min 811, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 187, ikinci mərhələ üzrə 4 milyon 883 min 154, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 269, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 201-dir.

 

Səhiyyə 2023-05-19 16:51:00