×
A
A
A
Sazlamalar

Əməliyyat İmkanları Konsepsiyası bölmələrinin yenidən qiymətləndirmə təliminin “Məsləhətçi görüşü” olub

Bakı, 19 may, AZƏRTAC

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun ƏİK taboru və kəşfiyyat bölüyünün "2-ci səviyyəli yenidən NATO qiymətləndirilməsi (NEL-2) təlimi"nin məsləhətçi görüşü keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Alyansın müxtəlif qərargahlarından gələn xarici mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə iştirakçılara NEL-2 təliminin planlama və hazırlıq vəziyyəti izah olunub.
Qeyd edək ki, görüşün keçirilməsində əsas məqsəd Əməliyyat İmkanları Konsepsiyası proqramına bəyan edilmiş bölmələrimizin döyüş hazırlığı fəaliyyətləri, təminat və təchizatlarının NATO standartlarına uyğunluğunu yoxlamaq, eləcə də bölmələrin döyüş qabiliyyətinin yoxlanılması məqsədilə tərtib olunmuş qiymətləndirmə suallarının dəqiqləşdirilməsi və təsdiqlənməsidir.

Ordu 2023-05-19 16:00:00