×
A
A
A
Sazlamalar

Naxçıvanda 31 dərəcəyədək isti olub

Bakı, 19 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 18-i axşam saatlarından bəzi yerlərdə müşahidə olunan yağış 19-u gecə saatlarından tədricən kəsilib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, düşən yağıntının miqdarı Qax, Şahdağ, Ordubad, Gədəbəy, Naftalan, Balakən, Oğuz, Şəki, Tovuz, Daşkəsən, Gəncə, Şəmkir, Tərtər, Zərdab, İsmayıllı, Mingəçevir, Yardımlı, Astarada 3 millimetrədək olub.
Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Biləsuvar, Lerikdə duman müşahidə olunub.
Mayın 18-də Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 21-26° isti, Naxçıvanda 31°-dək isti, dağlıq rayonlarda 9-15° isti, aran rayonlarında 22-26° isti təşkil edib.

Ekologiya 2023-05-19 15:03:00