×
A
A
A
Sazlamalar

İnformasiya və rabitə sahəsinə xərclənən vəsaitin həcmi açıqlanıb

Bakı, 19 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 2,6 faizi informasiya və rabitə sahələrində xidmətlərin göstərilməsinə sərf olunub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, əsas kapitala yönəldilmiş vəsaitin 118,9 milyon manatı informasiya və rabitə sahəsinin, o cümlədən 114,5 milyon manatı rabitənin payına düşüb.

İKT 2023-05-19 14:20:00