Bakı–Tbilisi–Ceyhan kəməri ilə 9,8 milyon tondan çox neft daşınıb
Bakı, 19 may, AZƏRTAC
Cari ilin yanvar-aprel aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 12 milyon 833,1 min ton neft nəql olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqletmənin 76,4 faizi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və kəmərlə 9 milyon 802,4 min ton neft nəql edilib.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,8 faizini və ya 8 milyon 315,8 min tonunu Azərbaycanda hasil edilən neft, 15,2 faizini və ya 1 milyon 486,6 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edilib.
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək