×
A
A
A
Sazlamalar

Ukraynadakı Türkiyə vətəndaşları üçün prezident seçkilərində səsvermənin vaxtı açıqlanıb

Kiyev, 19 may, AZƏRTAC

Türkiyədə prezident seçkilərinin ikinci turu ilə əlaqədar Ukraynada keçiriləcək səsvermənin vaxtı açıqlanıb.
Türkiyənin Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səsvermə mayın 20-21-də keçiriləcək.
Ukraynadakı Türkiyə vətəndaşları Kiyevdəki səfirliyin, həmçinin Odessadakı baş konsulluğun binalarında səs verə biləcəklər.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2023-05-19 12:20:00