×
A
A
A
Sazlamalar

Bəzi rayonlarda leysan, yüksək dağlıq ərazilərdə isə qar yağacaq

Bakı, 19 may, AZƏRTAC

Mayın 19-u səhər, mayın 20-si gündüzdən 22-si gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından və digər çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.

Ekologiya 2023-05-19 08:17:00