×
A
A
A
Sazlamalar

ABŞ-ın nüvə mühərrikli təyyarədaşıyan gəmisi G7 Sammiti zamanı Yaponiya limanında olacaq

Bakı, 19 may, AZƏRTAC

ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə mühərrikli təyyarədaşıyan gəmisi “Nimitz” G7 Sammiti zamanı Yaponiya limanında olacaq
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “Nimitz" gəmisi Yaponiyanın Kyuşu adasının şimal-qərbindəki Sasebo liman şəhərindəki dəniz bazasına gəlib.
Yerli bələdiyyədən bildiriblər ki, o, Xirosimada keçiriləcək G7 Sammiti zamanı orada olacaq və mayın 23-də yenidən dənizə qayıdacaq.
“Nimitz” sonuncu dəfə dənizə 2014-cü ilin avqustunda çıxıb. O vaxt gəmi, Tayvanın cənub-şərqində Filippin dənizində patrul xidməti aparan ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupunun başında olub.

Dünya 2023-05-19 07:48:00