×
A
A
A
Sazlamalar

Sabirabadda Ulu Öndərin xatirəsinə konsert təşkil edilib

Sabirabad, 19 may, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad Rayon İcra Hakimiyyətinin, Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdə Sabirabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, YAP Sabirabad rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri və tələbələr iştirak ediblər.
Heydər Parkında keçirilən bayram konserti sabirabadlılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
İzdihamlı konsert proqramında Ulu Öndərə, Vətənə, Qarabağa ithaf olunmuş musiqi əsərləri ifa olunub, muğam və xalq mahnıları, tamaşaçıların sevdikləri nəğmələr onlara ərməğan olunub.
Konsert Sabirabad rayon Mədəniyyət Mərkəzinin əməkdaşları və Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin müəllim- şagird kollektivinin hazırladığı proqramla davam edib.

Regionlar 2023-05-19 00:58:00