×
A
A
A
Sazlamalar

Sabirabadda Ulu Öndərin xatirəsinə həsr edilən fləşmob keçirilib

Sabirabad, 18 may, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad şəhərində Ulu Öndərin adını daşıyan parkda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən fləşmob keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin dəstəyi ilə keçirilən fləşmobda 260-dan çox könüllü gənc iştirak edib.
Fləşmobda kollecin tələbələri tərəfindən “Heydər Əliyev 100” yazısını və Ulu Öndərin imzasını əks etdirən kompozisiyalar yaradılıb.

Regionlar 2023-05-18 22:23:00