×
A
A
A
Sazlamalar

MN: Ordumuzun Ermənistan mövqelərini atəşə tutması barədə məlumat yalandır

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-i guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin bölmələrinin minaatanlardan atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat yalandır.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Bunu qəti surətdə təkzib edirik”, - məlumatda qeyd edilib.

Ordu 2023-05-18 18:36:00