×
A
A
A
Sazlamalar

Qubada atmosferi çirkləndirən avtomobillərin sürücüləri maarifləndirilib

Quba, 18 may, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları "Təmiz hava" aylığı çərçivəsində texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən, yəni, ixrac etdiyi zəhərli qazın miqdarı normadan artıq olan avtomobillərin sürücüləri barədə müvafiq tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yol polisi əməkdaşları sürücülərin diqqətinə çatdırıb ki, nasaz nəqliyyat vasitələrini idarə etməsinlər. Çünki “Yol hərəkəti haqqında” Qanuna görə, hər bir sürücü nəqliyyat vasitəsini saz vəziyyətdə və qaydalar çərçivəsində saxlamağa borcludur. Bu, sürücülərin qanunla nəzərdə tutulmuş vəzifələrindən biridir.
Polis əməkdaşları sürücülərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparıblar. Bildirilib ki, xüsusilə, sərnişindaşıma ilə məşğul olan sürücülər bu məsələdə daha diqqətli olmalıdır.

Regionlar 2023-05-18 17:24:00