×
A
A
A
Sazlamalar

Yens Stoltenberq: NATO-nun bütün ölkələri Ukraynanın alyansa üzv olmasına razıdır

Bakı, 18 may, AZƏRTAC

Şimali Atlantika Alyansının bütün ölkələri Ukraynanın NATO-ya üzv qəbul olmasına razıdır.
AZƏRTAC xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq bunu “Der Spiegel” nəşrinə müsahibəsində deyib.
“Şimali Atlantika Alyansının bütün ölkələri Ukraynanın NATO-ya üzv olması ilə razıdır. Onlar artıq bu istəklərini ötən il keçirilən sammitdə qeyd edib və dekabrda təsdiqləyiblər”, - deyə Yens Stoltenberq alyansın iyul sammitindən nə gözlədiyi barədə suala cavab verərkən bildirib.
“Hazırda ən ümdə vəzifəmiz bu müharibədə Kiyevə kömək göstərməkdir”, - deyə Baş katib əlavə edib.

Dünya 2023-05-18 17:02:00