×
A
A
A
Sazlamalar

Ərəb Dövlətləri Liqasında son 12 ildə ilk dəfə Suriya bayrağı qaldırılıb

Bakı, 18 may, AZƏRTAC

Ərəb Dövlətləri Liqası liderlərinin Səudiyyə Ərəbistanın Ciddə şəhərindəki sammitinin təşkilatçıları görüşün keçiriləcəyi məkanda bütün iştirakçıların, o cümlədən təşkilata qayıdan Suriyanın bayrağını qaldırıb.
AZƏRTAC xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd sammitdə iştirak etmək üçün Səudiyyə Ərəbistanına yola düşüb. Sammitin əsas görüşü sabah baş tutacaq.
Dəməşq Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən Ərəb Dövlətləri Liqasından çıxarılmışdı. Son illər bəzi ərəb ölkələri Dəməşqlə münasibətlərin normallaşdırılması prosesinə başlayıb. Bu ilin mayında Suriyanın təşkilatdakı üzvlüyünü bərpa etmək barədə Ərəb Dövlətləri Liqasının qərarı prosesin kulminasiya nöqtəsi olub.
Mayın 19-da keçiriləcək sammitdə ərəb ölkələri liderləri Sudandakı vəziyyəti, həmçinin Fələstin-İsrail qarşıdurmasının yeni fazasını müzakirə edəcək.

 

 

Dünya 2023-05-18 16:59:00