×
A
A
A
Sazlamalar

Qubada zəlzələ baş verib

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Xınalıq seysmoloji stansiyasından 14 kilometr şərqdə - Quba rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 15:28-də qeydə alınan zəlzələnin ocağı 44 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 3.3-ə bərabər olan zəlzələ hiss olunmayıb.

Ekologiya 2023-05-18 16:04:00