×
A
A
A
Sazlamalar

Cari ilin yanvar-aprel aylarında yük və sərnişin daşımalarının həcmi artıb

Bakı, 18 may, AZƏRTAC

Cari ilin yanvar-aprel ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,9 faiz və 19,2 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 71,2 milyon ton yük daşınıb. Yüklərin 3,7 faizi dəniz, 8,3 faizi dəmir yolu, 0,1 faizi hava, 55 faizi avtomobil nəqliyyatı, 32,9 faizi isə boru kəməri ilə daşınıb.

Nəqliyyat 2023-05-18 14:38:00