×
A
A
A
Sazlamalar

Yaponiyanın hərbi hospitalları yaralı ukraynalı hərbçiləri qəbul edəcək

Bakı, 18 may, AZƏRTAC

Yaponiyanın hərbi hospitalları yaralı ukraynalı hərbçilərin müalicəsində iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, Reuters agentliyi bu barədə Liberal-demokratik partiyanın rəhbərlik etdiyi hakim koalisiyadan olan deputata istinadla məlumat yayıb. Onun sözlərinə görə, müvafiq qərar yaxın zamanlarda qəbul edilə bilər. Bu, Yaponiya hərbi hospitallarının xarici hərbçilərin müalicəsində ilk iştirakı olacaq. Gündoğar ölkə, həmçinin müalicə xərclərinin böyük hissəsini üzərinə götürəcək.
Kyodo agentliyinin məlumatına görə, ukraynalı hərbçilərin Yaponiyada reabilitasiyası iyun ayında başlayacaq. İlk olaraq bu ölkəyə döyüşlər nəticəsində ayaqlarını itirən iki hərbçi göndəriləcək. Onların müalicə xərcləri 4,2 milyon yenə (30,5 min dollara) başa gələcək.

Dünya 2023-05-18 14:02:00