Cozef Bayden G7 sammitində iştirak etmək üçün Yaponiyaya gəlib
Bakı, 18 may, AZƏRTAC
Cozef Bayden Yeddilər qrupunun (G7) mayın 19-21-də Xirosima şəhərində keçiriləcək sammitində iştirak etmək üçün Yaponiyaya gəlib.
AZƏRTAC xəbər verir ki, Prezidentin təyyarəsi Birləşmiş Ştatların Yamaquti prefekturasının İvakuni şəhərində yerləşən dəniz piyadalarının aviabazasına enib. Amerikanın dövlət başçısı oradan Yaponiyanın Baş naziri Fumio Kisida ilə ikitərəfli görüşünün planlaşdırıldığı Xirosima şəhərinə yola düşəcək.
Qeyd edək ki, Cozef Bayden dövlət başçısı postunda Xirosima şəhərini ziyarət edən ikinci ABŞ prezidenti olacaq. Bundan öncə 2016-cı ildə Barak Obama II Dünya müharibəsinin sonlarında ABŞ tərəfindən atom bombardmanına məruz qalan şəhərə səfər etmişdi.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır