×
A
A
A
Sazlamalar

Azərbaycanda tikinti materialları istehsalı 20,5 faiz artıb

Bakı, 18 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında tikinti materiallarının istehsalının ümumi dəyəri 300,9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,5 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, dövr ərzində tikinti gipsinin istehsalı 2,3 dəfə, əhəng istehsalı 89,6 faiz, tikinti şüşəsinin istehsalı 32,4 faiz, beton istehsalı isə 19 faiz artıb.

 

İqtisadiyyat 2023-05-18 12:50:00