×
A
A
A
Sazlamalar

® “Wolt+” və ya çatdırılma bazarının “Netflix” abunəliyi

Bu gündən etibarən “Wolt” Azərbaycanda abunəlik əsasında çatdırılma xidmətini təklif edən ilk şirkət olacaq. Bu abunəlik ilə istifadəçilər ödənişsiz çatdırılma haqqı ilə yüzlərlə restoran və mağazalardan sifariş vermək imkanı əldə edəcəklər. Xidmət artıq əlçatandır və ilk 30 gün ərzində bütün istifadəçilər tərəfindən ödənişsiz sınaqdan keçirilə bilər.

“Wolt Azərbaycan”ın baş meneceri Tofiq Süleymanovun sözlərinə görə, “Wolt+” xidmətini izah etməyin ən asan yolu onu “Netflix” ilə müqayisə etməkdir. “Qısaca olaraq “Wolt+” istifadəçiləri “Netflix”dəki kimi aylıq ödəniş ödəyərək, abunəliyə daxil olan restoranlardan və ya mağazalardan heç bir çatdırılma haqqı olmadan sifariş verə bilərlər”.
Tofiq Süleymanov qeyd edib ki, koronavirus pandemiyası insanların vərdişlərini dəyişib və onların həyatını asanlaşdıran xidmətləri populyarlaşdırıb. “Koronavirus məhdudiyyətləri aradan qaldırılsa da, insanlar həyatlarını asanlaşdıran vərdişlərindən imtina etmək istəmirlər. Yemək və ya mağazalardan çatdırılma bir çox insan üçün normaya çevrilsə də, ödənişsiz olması bir çoxlarının istəyi idi. “Wolt+” ilə istifadəçilər ayda bir dəfə abunəlik haqqı ödəyərək, seçilmiş məkanlardan olan sifarişlərdə çatdırılma haqqı ödənişlərindən azad olunacaqlar”.
“Wolt+” nədir?
“Wolt+” xidməti ilə istifadəçi aylıq ödəniş ödəməklə “Wolt+” abunəliyinə qoşulmuş restoran və ya mağazadan verdiyi hər sifariş üçün ödənişsiz çatdırılma haqqı əldə edir.
Ayda cəmi 5.49 AZN ödəyərək, bütün istifadəçilər pulsuz çatdırılmadan yararlana bilər. Əgər siz ay ərzində 2 dəfədən çox sifariş edirsinizsə, qənaət etdiyiniz məbləğ aylıq ödənişdən daha çox olur.
Bu necə işləyir?
“Wolt+” abunəliyinə qoşulduqdan sonra istifadəçilər “Wolt+” daxil olan məkanları “Wolt” tətbiqində kiçik W+ loqosu ilə tanıya bilərlər. Bu məkanlar istifadəçinin ətrafında olan 4 kilometr radiusu əhatə edir və ödənişsiz çatdırılma abunəliyinin bir hissəsidir. İstifadəçi öz sifarişini əvvəlki kimi yerləşdirir, lakin ödəniş mərhələsinə çatdıqda çatdırılma haqqı əlavə olunmur. İstifadəçi istənilən vaxt hesaba daxil olaraq, “Wolt+” bölməsindən abunəliyi ləğv edə bilər.
“Wolt+” abunəliyi hazırda Bakı şəhərində aktivdir və 8 AZN-dən başlayan minimal sifariş məbləği ilə keçərlidir.
“Wolt” şirkəti haqqında
“Wolt” restoran və mağazalardan çatdırılmanı təmin edən və asanlaşdıran texnologiya şirkətidir. On minlərlə restoran və mağaza partnyorları ilə 25 ölkənin 250-dən çox şəhərində yüz minlərlə kuryer tərəfdaşları ilə fəaliyyət göstərir. “Wolt” şirkəti 2014-cü ildə Finlandiyanın Helsinki şəhərində təsis olunub və baş icraçı direktoru olan Miki Kuusi tərəfindən idarə olunur. 2021-ci il noyabrın 9-da “Wolt” və “Doordash” şirkətlərinin birləşməsi haqqında rəsmi olaraq elan olunub. Bu gün “DoorDash” 29 ölkədə fəaliyyət göstərir, onlardan 25-i “Wolt” məhsulu və brendindən istifadə edir.

İqtisadiyyat 2023-05-18 12:42:00