×
A
A
A
Sazlamalar

"PAŞA Bank" Qarabağda fəaliyyət göstərən müştərilərə 132 milyon manat vəsait ayırıb

Bakı, 18 may, AZƏRTAC

"PAŞA Bank" ötən il Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fəaliyyət göstərən müştərilərinə 132 milyon manat maliyyə yardımı göstərib.
AZƏRTAC xəbər verir ki, bu barədə "PAŞA Bank"ın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev bankın ötən ilin fəaliyyət nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
C.Quliyev qeyd edib ki, bank olaraq Qarabağın bərpasında və yenidən qurulmasında iştirak etməyi özümüzə borc bilirik.

Maliyyə 2023-05-18 11:55:00