×
A
A
A
Sazlamalar

Samuxda 597 hektar sahədə qarğıdalı əkilib

Samux, 17 may, Elcan Məmmədov, AZƏRTAC

Samux təsərrüfatlarında bu il 597,3 hektar sahədə qarğıdalı əkini aparılıb. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8 dəfə çoxdur.
Rayonun Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 4045 hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. O cümlədən 327 hektar çoxillik otlar, 148 hektar kartof, 517,5 hektar tərəvəz, 633,2 hektar yazlıq buğda, 535 hektar yazlıq arpa,1111,9 hektar günəbaxan, 17 hektar şəkər çuğunduru, 19,5 hektar paxlalı bitkilər, 100 hektar bostan bitkiləri, 38,6 hektar soya əkilib.
Hazırda təsərrüfatlarda yazlıq bitkilərin səpini davam edir.



 

Kənd təsərrüfatı 2023-05-17 14:25:00