×
A
A
A
Sazlamalar

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) AZ2085024704 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 9,938.1625 (8 faiz) manat və 9,944 (7,2 faiz) manat olan 16 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36 milyon 540 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,939 (7,87 faiz) manat, orta ölçülmüş qiyməti isə 9,941 (7,55 faiz) manat müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat olub. Notlar iyunun 14-də ödəniləcək.

Maliyyə 2023-05-17 14:20:00