×
A
A
A
Sazlamalar

Türkiyə əhalisinin 15,2 faizini 15-24 yaş arasında gənclər təşkil edir

Bakı, 17 may, AZƏRTAC

Türkiyə statistika idarəsinin hesablamalarına görə, 2022-ci ildə ölkə üzrə 15-24 yaş arasında gənclərin sayı 12 milyon 949 min 817 nəfər təşkil edib. Bu da ümumi əhalinin 15,2 faizinə bərabərdir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, qeyd olunan yaş qrupunun 51,2 faizi gənc kişilərdən, 48,8 faizi isə gənc qadınlardan ibarətdir. Ümumi əhali sayında gənclərin xüsusi çəkisinin azalaraq 2030-cu ildə 14 faiz, 2040-cı ildə 13,4 faiz, 2060-cı ildə 11,8 faiz olacağı proqnozlaşdırılır.
Agentlik qeyd edir ki, Türkiyədə gənc əhali nisbəti Avropa İttifaqının 27 ölkəsi ilə müqayisədə daha yüksəkdir. Aİ ölkələrində ötən il gənclərin sayı ümumi əhali nisbətində orta hesabla 10,5 faiz təşkil edib.

Dünya 2023-05-17 14:14:00