×
A
A
A
Sazlamalar

İlon Mask: Qlobal iqtisadiyyatı qarşıda çətin bir il gözləyir

Bakı, 17 may, AZƏRTAC

Qlobal iqtisadiyyatı qarşıda çətin bir il gözləyir, həm dövr ərzində kompaniyaların bir çoxu iflasa uğrayacaq.
AZƏRTAC MarketWatch saytına istinadla xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Mask sahibi olduğu “Tesla” kompaniyasının səhmdarlarının iclasında deyib. Onun proqnozuna görə, makroiqtisadi vəziyyət azı bir il mürəkkəb olaraq qalacaq, lakin növbəti 12 ay ərzində geri dönüş baş verəcək və kompaniyanın maliyyə vəziyyəti daha da yaxşılaşacaq.
Bundan başqa, kompaniya avtomobil bazarındakı bütün texnologiyaları üstələyən iki yeni məhsulunu təqdim edəcək və “Cybertruck” pikaplarının istehsalına başlayacaq.
İlon Mask, həmçinin icraçı direktor postundan gedəcəyi barədə şayiələri təkzib edib.
Mayın 16-da keçirilən hərraclarda “Tesla”nın səhmləri 1,2 faiz bahalaşıb, kompaniyanın kapitallaşması isə ilin əvvəlindən bəri 35,2 faiz artıb.

Dünya 2023-05-17 11:25:00