×
A
A
A
Sazlamalar

Pentaqon: ABŞ Tayvana əlavə hərbi yardım etmək niyyətindədir

Bakı, 17 may, AZƏRTAC
ABŞ tezliklə Tayvana əhəmiyyətli əlavə hərbi yardım göstərmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ-nin müdafiə naziri Lloyd Ostin bildirib.
"Mən şadam ki, Birləşmiş Ştatlar tezliklə Tayvana əhəmiyyətli əlavə hərbi yardım göstərəcək”, - deyə o əlavə edib.
Müdafiə naziri bu hərbi yardım paketinə hansı silahların daxil ediləcəyi barədə açıqlama verməyib.

Dünya 2023-05-17 03:36:00