×
A
A
A
Sazlamalar

Bakıda iki nəfərin cüzdanı oğurlanıb

Bakı, 16 may, AZƏRTAC
Səbail rayonunda iki nəfərin cüzdanı oğurlanıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, rayon polis idarəsinin 9-cu polis bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri ilə rayon ərazisində iki nəfərin içərisində pul, sənəd və bank kartları olan cüzdanlarını oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Hüseynov saxlanılıb.
Araşdırmalarla onun Neftçilər prospektindəki bir kafenin şüşəsini sındırması da müəyyən olunub.
Faktla bağı təhqiqat davam edir.

 

Hadisə 2023-05-16 13:23:00