×
A
A
A
Sazlamalar

Saatlıda 2035 hektar sahədə yazlıq bitkilər əkilib

Saatlı, 16 may, Aydın Yavərzadə, AZƏRTAC

Saatlı rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Kənd təsərrüfatı müəssisələri, əhali və fermer təsərrüfatları əlverişli hava şəraitindən maksimum istifadə edərək yazlıq bitkilərin əkinini optimal müddətdə və aqrotexniki qaydada başa çatdırmağa çalışırlar.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2023-cü il aprelin 1-i vəziyyətinə 2035 hektar sahədə yazlıq bitkilər əkilib. Bunun da 918,0 hektarını yem bitkiləri (yonca), 543 hektarını bostan bitkiləri, 338 hektarını kartof, 203 hektarını tərəvəz, 15 hektarını pambıq, 11 hektarını dən üçün qarğıdalı, 7 hektarını dən üçün günəbaxan bitkisinin əkini təşkil edir.

Kənd təsərrüfatı 2023-05-16 10:21:00