×
A
A
A
Sazlamalar

Maduro: Venesuela heç vaxt Amerika Dövlətləri Təşkilatına qayıtmayacaq

Bakı, 16 may, AZƏRTAC

Venesuela heç vaxt ləğv edilməli olan Amerika Dövlətləri Təşkilatına qayıtmayacaq.
AZƏRTAC xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro deyib.
“Təşkilat 70 il ərzində Latın Amerikası və Karib hövzəsində, Çilidə, Braziliyada, Hondurasda, Paraqvayda, Boliviyada bütün hərbi müdaxilələri və çevrilişləri təsdiqləyib. Buna görə də biz bu təşkilatı tərk etdik və heç vaxt ona qayıtmayacağıq”, - deyə dövlət başçısı bildirib.
Venesuela lideri vurğulayıb ki, Amerika Dövlətləri Təşkilatının dəhşətli tarixi var və bu gün heç bir şeyə, yoxa çıxmalı olan xarabalığa çevrilib.
Maduro təşkilatın “qorxulu sinizm və müdaxilə muzeyi” olmağa layiq olduğunu deyib.
Qeyd edək ki, qərargahı Vaşinqtonda yerləşən təşkilat 1948-ci ildə yaradılıb. 2017-ci ildə Venesuela təşkilatdan çıxdığını elan edib və iki il sonra bu təşkilatın nizamnaməsinə uyğun olaraq üzvlüyündən çıxarılıb.

Dünya 2023-05-16 06:48:00