Vellinqtonda hosteldə baş verən yanğın nəticəsində azı 10 nəfər ölüb VİDEO
Bakı, 16 may, AZƏRTAC
Yeni Zelandiyanın paytaxtı Vellinqtondakı hosteldə baş verən yanğında azı 10 nəfər həlak olub, daha bir neçə nəfər itkin düşüb.
AZƏRTAC xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, yanğınsöndürənlər yanan binadan 52 nəfəri xilas edə bilib.
Hadisənin başvermə səbəbi barədə dəqiq məlumat verilmir.
Yanğın zamanı azı 24 nəfərin xəsarət aldığı bildirilir. Onların əksəriyyətinə yerində tibbi yardım göstərilib, dörd nəfər isə Vellinqton xəstəxanasına aparılıb. Üç nəfərin vəziyyəti stabildir, dördüncüsü isə sonradan reanimasiyaya yerləşdirilib.
Vellinqtonun mərkəzi yaxınlığında yerləşən hosteldə yanğının söndürülməsinə 20-dən çox yanğınsöndürmə briqadası cəlb olunub.
Yanğın söndürülüb, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Türkiyənin bütün ərazisində anti-terror əməliyyatları keçirilir
Norveçdə Rusiya qeydiyyatında olan avtomobillərin ölkəyə girişinə qadağa qoyulub
Nigeriyada “Boko Haram”a qarşı keçirilən hava əməliyyatında onlarla terrorçu məhv edilib
Papua-Yeni Qvineya sahillərində zəlzələ baş verib
ABŞ senatının nümayəndə heyəti gələn həftə Çinə səfər edəcək