Ərdoğan: Prezident seçkilərinin ikinci turunda daha çox səs qazanacağıq
Bakı, 15 may, AZƏRTAC
Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda qələbə qazanacağına əminliyini ifadə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ərdoğan özünün tviter səhifəsində yazıb.
“Biz mayın 14-nə nisbətən ayın 28-də daha çox səs qazanacağıq və qalib gələcəyik. İnşallah, tarixi bir uğura imza atacağıq", - deyə o qeyd edib.
Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident seçkilərində namizədlərin heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu keçiriləcək. Prezident seçkilərinin ikinci turunun mayın 28-də keçirilməsi qərara alınıb.
Bu gün yerli vaxtla saat 15:15-dək seçki qutularının hamısı açılıb. Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,7 faiz səs toplayıb. Seçici fəallığı 88,92 faiz təşkil edib.
Prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu mübarizə aparacaq və qalib sadə səs çoxluğu ilə müəyyənləşəcək.
Ərəb Dövlətləri Liqası İranın Qətərdə yerləşən hərbi bazaya hücumunu pisləyib
Qətər İranın hücumuna beynəlxalq hüquqa uyğun şəkildə birbaşa cavab vermək haqqını özündə saxlayır
İranın ABŞ aviabazasına endirdiyi zərbədə heç bir itki qeydə alınmayıb
NYT: İran Qətərə ABŞ aviabazasına planlaşdırılan hücumla bağlı əvvəlcədən xəbərdarlıq edib
ABŞ-ın Bəhreyn, Küveyt və Qətərdəki bazaları həyəcan vəziyyətindədir