×
A
A
A
Sazlamalar

Finlandiya Hərbi Hava Qüvvələrinin «BAE Systems Hawk» təlim təyyarəsi qəzaya uğrayıb

Stokholm, 15 may, AZƏRTAC

Finlandiya Hərbi Hava Qüvvələrinin «BAE Systems Hawk» təlim təyyarəsi qəzaya uğrayıb.
AZƏRTAC Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, ölkə HHQ-nə məxsus təyyarə bazar ertəsi günorta məlum olmayan şəraitdə radarların ekranlarından itib. Qəza zamanı iki pilot katapulta vasitəsilə xilas olunub. Sağ qalan pilotlar həkimlərin nəzarəti altındadır.
Qeyd etmək lazımdır ki, təyyarənin qəzaya uğraması Keuru şəhərindən cənub istiqamətində baş verib. Qəzanın baş verdiyi yerdə xilasetmə xidmətləri və müstəntiq briqadaları işləyir, onlar hadisənin başvermə səbəblərini müəyyən etməlidir.

 
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Dünya 2023-05-15 21:50:00