“Azimuth” aviaşirkətinə Rusiya ilə Gürcüstan arasında uçuşlar həyata keçirməyə icazə verilib
Tbilisi, 15 may, AZƏRTAC
Gürcüstan Mülki Aviasiya Agentliyi Rusiyanın “Azimuth” Hava Yolları şirkətinə iki ölkə arasında uçuşlar həyata keçirməyə icazə verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi məlumat yayıb.
Bildirilir ki, “Azimuth” Hava Yolları şirkətinin müraciəti agentlik tərəfindən ətraflı araşdırılıb və məlum olub ki, “Azimuth” Avropa İttifaqının “qara siyahı”sında deyil və ona qarşı sanksiya tətbiq edilmir.
“Azimuth” aviaşirkətinin Mülki Aviasiya Agentliyinə təqdim etdiyi uçuş ərizəsinə uyğun olaraq, Moskva-Tbilisi-Moskva hava xətti ilə uçuşlar həyata keçirməyə icazə verilib.
Şirkət mayın 17-dən başlayaraq Moskva-Tbilisi-Moskva istiqamətində uçuşlar həyata keçirəcək.
Türkiyənin bütün ərazisində anti-terror əməliyyatları keçirilir
Norveçdə Rusiya qeydiyyatında olan avtomobillərin ölkəyə girişinə qadağa qoyulub
Nigeriyada “Boko Haram”a qarşı keçirilən hava əməliyyatında onlarla terrorçu məhv edilib
Papua-Yeni Qvineya sahillərində zəlzələ baş verib
ABŞ senatının nümayəndə heyəti gələn həftə Çinə səfər edəcək