×
A
A
A
Sazlamalar

Beynəlxalq Miqrasiya Təşkilatı: Qərbi Balkan ölkələrində qanunsuz miqrasiya artır

Skopye, 15 may, AZƏRTAC
Qərbi Balkan regionunda yerləşən ölkələrə gələn miqrantların sayı artmaqdadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Martda bölgə ölkələrində immiqrantların sayının əhəmiyyətli dərəcədə artdığı bildirilib. Belə ki, bölgəyə gələn mühacirlərin sayı fevral ayına nisbətən 57 faiz artıb.
Miqrantların əsasən Serbiya, Şimali Makedoniya və Albaniyaya gəldikləri qeyd edilib. Martda Serbiyaya 6317, Şimali Makedoniyaya 696, Albaniyaya 488 mühacir gəlib. Qərbi Balkan ölkələri vasitəsilə Avropa İttifaqı dövlətlərinə getməyə çalışan qeyri-qanuni miqrantların əsasən Əfqanıstan, Suriya və Mərakeş vətəndaşları olduqları bildirilib. Martda yalnız Bosniya və Herseqovinada immiqrantların sayının azaldığı qeyd olunub.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Skopye

Dünya 2023-05-15 18:12:00