Aleksandar Vuçiç sentyabrda növbədənkənar seçkilərin keçiriləcəyini istisna etməyib
Belqrad, 15 may, AZƏRTAC
Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə növbədənkənar seçkilərin keçiriləcəyini istisna etməyib.
AZƏRTAC xəbər verir ki, A.Vuçiç növbədənkənar seçkilərlə bağlı qərarını mayın 26-da Belqradda keçiriləcək mitinqdə ictimaiyyətə açıqlayacağını bildirib. O, parlament seçkilərinin ən gec sentyabrda keçiriləcəyini deyib.
A.Vuçiç, həmçinin tezliklə hakim Serb Tərəqqi Partiyasının rəhbərliyindən istefa verəcəyini də əlavə edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Norveçdə Rusiya qeydiyyatında olan avtomobillərin ölkəyə girişinə qadağa qoyulub
Nigeriyada “Boko Haram”a qarşı keçirilən hava əməliyyatında onlarla terrorçu məhv edilib
Papua-Yeni Qvineya sahillərində zəlzələ baş verib
ABŞ senatının nümayəndə heyəti gələn həftə Çinə səfər edəcək