×
A
A
A
Sazlamalar

Bosniya və Herseqovinada leysan yağışları daşqınlara səbəb olub

Sarayevo, 15 may, AZƏRTAC

Bosniya və Herseqovinada ötən gündən davam edən güclü leysan yağışları sel və daşqınlara səbəb olub.
AZƏRTAC xəbər verir ki, ölkənin şimal-qərbindəki Bihac şəhərindən keçən Una çayının daşması nəticəsində evlər və iş yerləri su altında qalıb. Bəzi yolların nəqliyyat vasitələrinin hərəkəti üçün bağlandığı, mülki müdafiə qüvvələrinin bölgəyə cəlb olunduğu bildirilir.
Sanski Most şəhərindən keçən Sana çayında suyun səviyyəsi maksimum həddə çatıb. Leysan yağışlarının ölkənin digər bölgələrində də sel və daşqınlara səbəb ola biləcəyi barədə əhaliyə xəbərdarlıq edilib.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo

Dünya 2023-05-15 16:30:00