×
A
A
A
Sazlamalar

Tərtərdə 6927 hektar sahədə yazlıq səpin aparılıb

Tərtər, 15 may, AZƏRTAC

Tərtər rayonunda yaz-tarla işləri geniş vüsət alıb. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.
Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, mayın 1-dək 6927,06 hektar yazlıq bitkilər səpilib. Onun 152 hektarı dən üçün qarğıdalı, 20 hektarı noxud, 3 hektarı dən üçün sorqo, 9 hektarı dən üçün lobya, 2462,2 hektarı pambıq, 17,5 hektarı şəkər çuğunduru, 1782,5 hektarı günəbaxan, 384 hektarı kartof, 890 hektarı müxtəlif növ tərəvəz bitkiləri, 1207,4 hektarı yem bitkiləri-çoxillik otlardır.
Hazırda sahələrdə yaz-tarla əkinləri davam edir.


Kənd təsərrüfatı 2023-05-15 15:07:00