×
A
A
A
Sazlamalar

İmişlidə pərakəndə ticarət dövriyyəsinin həcmi 14,9 faiz artıb

İmişli, 15 may, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidə 2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrinə nisbətən faktiki qiymətlərlə 14,9 faiz artaraq 88 milyon 540,6 min manat olub.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində hüquqi şəxslərin payı 15,0 faiz, fiziki şəxslərin payı isə 85,0 faiz təşkil edib. Həmçinin 2023-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrinə nisbətən 15,1 faiz artaraq 16 milyon 669,3 min manat olub. Əhaliyə göstərilən ödənişli xidmətlərin 11,8 faiz-i məişət xidmətləri təşkil edib, hesabat dövründə 1 milyon 963,2 min manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətdə 14,7 faiz artıb.
Yanvar-mart aylarında ictimai iaşənin dövriyyəsi 1 milyon 498,8 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,7 faiz çox olub.

 

Regionlar 2023-05-15 14:39:00