×
A
A
A
Sazlamalar

"Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir

Bakı, 15 may, AZƏRTAC

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) açıq mikrofon aksiyası davam edir.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti aksiya mayın 16-da saat 14:00-dan 15:00-dək Göygöl rayonunda (Mollacəlilli kəndi), mayın 17-də saat 12:00-dan 13:00-dək Qusar rayonunda (Avaran kəndi), mayın 18-də saat 11:00-dan 12:00-dək isə Quba rayonunda (Qacar Zeyid kəndi) olacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Regionlar 2023-05-15 14:28:00