×
A
A
A
Sazlamalar

ABŞ Prezidenti Yaponiyanın Baş naziri ilə görüşəcək

Bakı, 15 may, AZƏRTAC

ABŞ Prezidenti Cozef Bayden cümə axşamı Yaponiyaya çatandan sonra ölkənin Baş naziri Fumio Kisida ilə görüşəcək.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumat Ağ Evin mətbuat xidmətinin yaydığı qrafikdə əksini tapıb. Xatırladaq ki, mayın 19-dan 21-dək Yaponiyanın Xirosima şəhərində G7 qrupunun sammiti keçiriləcək.
Bayden jurnalistlərə ABŞ-ın defolt təhlükəsi və borc limitinin artırılması ilə bağlı qanunvericilərlə məsləhətləşmənin zəruriliyinə baxmayaraq, G7 sammitinə getmək niyyətində olduğunu bildirib. ABŞ Prezidenti qanunvericilərlə danışıqların uğurlu olacağına əminliyini ifadə edib: “Mən həqiqətən düşünürəm ki, həm onların, həm də bizim tərəfimizdə razılıq əldə etmək istəyi var. Zənnimcə, biz bunu edə bilərik”. Onun sözlərinə görə, məsləhətləşmələrin növbəti raundu yəqin ki, mayın 16-da olacaq.

Dünya 2023-05-15 08:09:00