×
A
A
A
Sazlamalar

Türkiyə Yüksək Seçim Qurumu seçkilərin ilkin nəticələrinin yayımlanmasına dair qadağanı aradan qaldırıb

Bakı, 14 may, AZƏRTAC

Türkiyə Yüksək Seçim Qurumu seçkilərin ilkin nəticələrinin yayımlanması ilə bağlı qadağanı aradan qaldırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Yüksək Seçim Qurumunun sədri Ahmet Yener açıqlama verib.
Onun sözlərinə görə, Türkiyədə keçirilən prezident və parlament seçkilərinin ilkin nəticələri ilə bağlı məlumatlar mediada qabaqcadan qeyd olunan saatdan - 21:00-dan tez yayımlana bilər.
Qeyd edək ki, bu gün Türkiyədə keçirilən prezident və 28-ci çağırış parlament seçkilərində səsvermə başa çatıb. Dövlət başçısı postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar.
Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.
Həmçinin Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.

Dünya 2023-05-14 19:41:00