×
A
A
A
Sazlamalar

Yüksək Seçim Qurumu: Türkiyədə seçki prosesi problemsiz şəkildə davam edir

Bakı, 14 may, AZƏRTAC

Türkiyədə seçki prosesi bu saata qədər problemsiz şəkildə davam edir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Yüksək Seçim Qurumunun sədri Ahmet Yener deyib.
Onun sözlərinə görə, namizədlər siyahısında dəyişiklik edilməyib. Məhərrəm İncənin namizədliyini geri götürməsinə baxmayaraq, vətəndaşlar ona da səs verə biləcək.

Dünya 2023-05-14 12:06:00