×
A
A
A
Sazlamalar

Zaqatala rayonunda orta məktəb binasında yanğın baş verib

Bakı, 13 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonu, Əliabad qəsəbəsində orta məktəb binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.

Hadisə 2023-05-13 21:57:00