×
A
A
A
Sazlamalar

Həvəskar balıq ovu ilə məşğul olanlar iyunun 30-dək Xəzərdə balıq ovunu həyata keçirə bilməzlər

Bakı, 13 may, AZƏRTAC

Məlum olduğu kimi hər il mayın 1-dən sentyabrın 1-dək ölkədəki bütün su hövzələrində sənaye balıq ovuna qadağalar tətbiq olunur. İdman və həvəskar balıq ovu ilə məşğul olan şəxslər isə mayın 1-dən iyunun 30-dək Xəzər dənizi, Xəzərə tökülən çaylar və onunla əlaqəli olan kanallarda həvəskar və idman balıq ovunu həyata keçirə bilməzlər. Əks halda onlara qarşı qanunamüvafiq tədbirlər görüləcək. Bu müddət ərzində yalnız süni sutatarlar, göllər və Xəzər dənizi və ona tökülən çaylarla əlaqəsi olmayan kanallarda tilovla balıq ovunu həyata keçirə bilərlər.
Bunu AZƏRTAC-a müsahibəsində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
F.Əliyev bildirib ki, daxili su hövzələrində isə - Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında aprelin 1-dən etibarən sənaye balıq ovuna moratorium qüvvəyə minib.

Ekologiya 2023-05-13 17:57:00