×
A
A
A
Sazlamalar

Ağdamda 5975 hektar sahədə yazlıq səpin aparılıb

Ağdam, 13 may, AZƏRTAC

Ağdam rayonunda yaz tarla işləri davam edir. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, may ayının 1-dək 5975,2 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilib. Əkinlərin 550 hektarı yazlıq buğda, 10 hektarı vələmir, 30 hektarı qarğıdalı, 979 hektarı yem bitkisi, 1612,2 hektarı pambıq, 253 hektarı kartof, 2458 hektarı tərəvəz, 64 hektarı bostan bitkiləri, 19 hektarı şəkər çuğundurudur.
Yazlıq əkinlərin 5317,2 hektarı və ya 89 faizi fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatları tərəfindən, 658 hektarı və ya 11 faizi kənd təsərrüfatı müəssisələri tərəfindən aparılıb.

Kənd təsərrüfatı 2023-05-13 17:10:00