×
A
A
A
Sazlamalar

Makronun Fransası Azərbaycana qarşı proksi müharibəyə başlayıb VİDEO

Bakı, 13 may, AZƏRTAC

Ermənistan silahlı qüvvələri mülki avtomobildən PUA-ların zərbə və kəşfiyyatına nəzarət mərkəzi kimi istifadə edib.
AZƏRTAC “caliber.az” portalına istinadla xəbər verir ki, mülki avtomobil mayın 12-də Ermənistanın hərbi təxribatının qarşısının alınması zamanı məhv edilib.
Görüntülərə diqqət yetirərkən partlayış yerindən təşviş içində qaçan iki erməni əsgərdən fərqli olaraq, qara ködəkçəli şəxsin peşəkarlıqla hadisə yerindən sürünərək uzaqlaşdığı görünür. Həmin şəxsin NATO standartlarına uyğun yüksək təlim keçdiyi hiss edilir. Söhbət fransız hərbi təlimçidən gedir. Üstəlik, NATO-nun təlimi ilə belə "mülki" mütəxəssislər birinci hal deyil, oxşar siqnallar şərti sərhədin digər hissələrindən də gəlir.
Qeyd edək ki, hərbçimiz Orxan Novruzəlizadə sonradan məhv edilən avtomobildən idarə olunan PUA-nın hücumu nəticəsində mayın 11-də şəhid olub.
Mötəbər məlumata əsasən, Fransa Ermənistandakı səfirliyinin yanında yeni hərbi attaşenin təyin olunması barədə qərar qəbul edib. Bu addım ilk dəfə yüksək səviyyədə 2022-ci ilin sentyabrında, Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı müzakirə olunub və indi faktiki olaraq rəsmiləşir. Bildirilir ki, fransalı hərbi attaşe Fransa ölümcül silahların Ermənistana tədarükünə nəzarət edəcək. Parisin Ermənistana ölümcül silahların tədarükü barədə hərbi-siyasi qərarına əsas dəstəyi şəxsən Fransa Prezidenti Emmanuel Makron göstərib.

Ordu 2023-05-13 14:46:00

Video