×
A
A
A
Sazlamalar

Vergi sistemində rəqəmsallaşma səviyyəsi və rəqəmsal inzibatçılıq dərinləşdiriləcək

Bakı, 13 may, AZƏRTAC

Vergi sistemində rəqəmsallaşma səviyyəsi və rəqəmsal inzibatçılıq daha da dərinləşdiriləcək.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu fikirləri Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib.
Qeyd olunub ki, sayı artaraq 724 mini keçmiş aktiv vergiödəyicilərinə münasibətdə effektiv nəzarətin qurulması yalnız bu yolla mümkündür.
Vergi xidmətinin insan resursları müvafiq rəqəmsal alətlərə malik olmalıdır ki, vergiödəyicilərinin fəaliyyətini nəzarətdə saxlamaq, vergidən yayınma hallarının qarşısını almaq mümkün olsun. Bu baxımdan vergi xidmətinin rəqəmsallaşma səviyyəsi və dərinliyi artırılacaq: “Beləliklə, vergi siyasətinin iqtisadiyyatın, o cümlədən sahibkarlığın inkişafında, böyüməsində və güclənməsində iştirakı artmaqda davam edir. Ekosistemin keyfiyyətinin yaxşılaşdırılması, sabit, şəffaf və rəqabətli olması vergi siyasəti vasitəsilə dəstəklənəcək. Bir sözlə, müasir vergi sistemi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi konsepsiyaya əsasən, təkcə iqtisadiyyatımızın maliyyə dayaqlarının möhkəmləndirilməsinə deyil, həm də ölkəmizdə sahibkarlığın inkişafı və tərəqqisinə xidmət edəcək”.

 

Maliyyə 2023-05-13 00:39:00