×
A
A
A
Sazlamalar

Qərbi Balkan regionunun ən böyük narkotik ticarəti şəbəkəsinin rəhbərləri Serbiyada yaxalanıb

Belqrad, 12 may, AZƏRTAC

Serbiyanın paytaxtı Belqradda təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində Qərbi Balkan regionunda narkotik ticarəti ilə məşğul olan ən böyük şəbəkənin üzvləri yaxalanıb.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının polis xidməti “Europol” ilə birgə keçirilən əməliyyat Serbiya ilə yanaşı, Niderland, Belçika və Perunu da əhatə edib. Əməliyyatda Qərbi Balkan regionunun ən böyük narkotik ticarəti şəbəkəsinin 13-ü Serbiya, 7-si Belçika, 3-ü Niderland və Peruda olmaqla ümumilikdə 23 üzvü saxlanılıb. Həmçinin 3 milyon avro məbləğində pul, 2 milyon avro dəyərində 15 lüks avtomobil, çoxlu sayda silah-sursat ələ keçirilib.
Bu şəbəkənin 2020-ci ildə Avropa limanlarından azı 7 ton narkotik keçirdiyi bildirilib.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

Dünya 2023-05-12 18:45:00