×
A
A
A
Sazlamalar

Türkiyə nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərimizi ziyarət edib

Bakı, 12 may, AZƏRTAC

Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan türkiyəli nümayəndə heyəti Ermənistan silahlı birləşmələrinin işğalından azad olunmuş ərazilərimizi ziyarət edib və burada dislokasiya olunan bölmələrimizdə olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqlara işğal zamanı Ermənistan silahlı birləşmələrinin törətdiyi vandalizmin nəticələri və dağıntılar, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verilib.
Sonra nümayəndə heyəti ərazidə şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.
Komando və digər hərbi hissələri ziyarət edən türkiyəli nümayəndə heyəti hərbi qulluqçular üçün yaradılan xidməti döyüş və sosial-məişət şəraiti ilə tanış olublar.
Bölmələrimizin arsenalında olan döyüş texnikası ilə tanışlıqdan sonra nümayəndə heyəti, təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını və döyüş hazırlığı məşqlərini izləyiblər.
Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşlərdə uğurla iştirak edən hərbi birliklərin keçdiyi döyüş yolu haqqında qonaqlara brifinq təqdim edilib.

Ordu 2023-05-12 18:43:00