×
A
A
A
Sazlamalar

Mayın 12-də Azərbaycanda COVID-19 əleyhinə 131 doza vaksin vurulub

Bakı, 12 may AZƏRTAC
Mayın 12-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 131 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 18, ikinci doza vaksinlərin sayı 84, üç və daha çox doza vaksinlərin sayı 26, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 3-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 963 min 17, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 25, ikinci mərhələ üzrə 4 milyon 882 min 686, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 116, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 190-dır.

Səhiyyə 2023-05-12 17:18:00